2 Ağustos 2009 Pazar

YUDUM

Səni kimə gəldi dəyişməklə
özümə xəyanətin fərqindəyəm.
İyrənc ürəyimə
soxduğum
ən mındar hisslərim
gözlərimin dibinə çökməkdə indi.
Məsumluğunu itirmiş hər şey kimi
çırılçıplaq baxışlarımdan
uzaq dura bilərsən artıq.
Nifrətdən başqa heç nə qusan deyil
bundan belə.
Gəlmə!
Hər şeyi təzədən başlamaq ayıbdır, ayıb!
Bu dəfə tüpür, sonra get.
Mən yudum günahlarını
günahımla...